Kimə qarpız yemək olmaz?

Kimə qarpız yemək olmaz?
15 İyul 2019 12:15

Qarpızın faydaları hamıya məlumdur. Lakin bəzi pozulmalar zamanı bu giləmeyvə nəinki fayda vermir, hətta insana ziyan vura bilər.

Bu pozulmalar hansılardır?

1. Realpress.az Saglamolun.az-a istinadla bildirir ki, 80%-i sudan ibarət olan qarpız güclü sidikqovucudur. Bu səbəbdən də qarpızın çoxlu miqdarda qəbulu  böyrəkləri yükləyir. Böyrəklərində ciddi problemləri olanlar, böyrək daşı xəstəliyindən əziyyət çəkənlər qarpız yeməməlidir.

2. 1-ci tip şəkərli diabet də qarpızın istehlakı üçün əks-göstəriş sayılır.

3. Mədə pozulmaları, ishal, bağırsaq iltihabı zamanı qarpız yemək olmaz.

4. Mədəaltı vəzi xəstəlikləri zamanı (kəskin dövrdə) qarpız ziyan vura bilər.

5. İstənilən mədə-bağırsaq xəstəliklərinin kəskin dövründə qarpız xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər.

6. Uşaq və hamilə qadınlar xüsusilə diqqətli olmalıdır. Qarpız tez-tez zəhərlənməyə səbəb olur və həmçinin onun tərkibində nitratlar ola bilər.

Bundan əlavə qarpızı yeməkdən dərhal sonra, acqarına və axşam saatlarında yemək olmaz. Mütəxəssislər qarpızı günorta yeməyindən 1 saat sonra yeməyi tövsiyə edirlər. Qarpızı hər hansı digər məhsulla birlikdə (çörək, pendir və s.) yeməyi tövsiyə edilmir.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.