Ermənistanla sərhəddə hərbçimiz yaralandı - Elçin Quliyev hadisə yerində

Ermənistanla sərhəddə hərbçimiz yaralandı - Elçin Quliyev hadisə yerində
18 İyul 2019 11:53


18 iyul 2019-cu il tarixdə saat 00:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub.

Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

Bildirilib ki, hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb. Sərhədçi əsgərə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi heyəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.