Yeni virtual reallıq əlcəyi virtual obyektlərə toxunur

Yeni virtual reallıq əlcəyi virtual obyektlərə toxunur
22 İyul 2019 12:17

Koreya Elm və Texnologiyalar İnstitutunun mütəxəssisi Yunqsu Çanın rəhbərliyi ilə tədqiqat qrupu yüngül silikon virtual reallıq əlcəyi yaradıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Indicator” resursuna istinadən yazır ki, sahibinin dünyanın istənilən nöqtəsindən idarə edə bildiyi robot xilasedicilərin realistik əməliyyatlarda məşqlər üçün sistem, Niderland ordusunun hərbi qulluqçularının hazırlığı üçün platforma, insult keçirən xəstələr üçün əl hazırlamağa imkan verən oyun rolunu oynayır. Bütün bu layihələr bir cüt virtual reallıq eynəyi ilə işləyir.

 

Əlcək istifadəçiyə vibrasiya sayəsində dünyada mövcud olmayan obyektləri hiss etməyə, toxunmağa, yerini dəyişməyə imkan verir. Əlcəyin köməyi ilə oyun həvəskarları virtual obyektin ölçü və formasını hiss edə bilərlər.

 

Qurğuya ötürücü və icraedici mexanizmlər quraşdırılıb. On bir elastik pyezoelektrik ötürücü barmaq hərəkətlərini qeydə alaraq “Bluetooth” vasitəsilə virtual məkana ötürür. Virtual barmaq virtual obyektə toxunan zaman icraedici mexanizmlər siqnalı real barmağın ucuna göndərir. Batareya və qalvanik zəncir isə istifadəçinin biləyindəki kəmərə bərkidilib.

 

Qurğunun sazlığı virtual şahmat oyununda sınaqdan keçirilib.

Realpress.az

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.