Realpress.az xəbər verir ki, Elmir Əliyev (51 kq) və Xasay Həsənli (65kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
E.Əliyev finalda ukraynalı Sanya Yakovlev üzərində 10:0 hesabı ilə inamlı qələbə qazanaraq qızıl medala sahib olub.
X.Həsənli isə həlledici qarşılaşmada hesabda geri olmasına baxmayaraq, yüksək əzmkarlıq nümayiş etdirən pəhləvanımız oyunun başa çatmasına 17 saniyə qalmış aktivinə 2 xal yazdıraraq oyunu qələbə ilə başa vurmağa nail olub. Qarşılaşmada 3:2 hesabı ilə qalib gələn Xasay Həsənli festivalda Azərbaycanın aktivinə 6-cı qızıl medalı yazdırıb.
Qeyd edək ki, festivalın ilk iki günü 11 Azərbaycan güləşçisindən 10-u medal qazanıb.
Azərbaycan dörd qızıl, dörd gümüş və iki bürünc medalla medal sıralamasında liderliyini qoruyur.
Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.
Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.