Ronaldinyonun 57 əmlakına həbs qoyuldu, pasportları əlindən alındı

Ronaldinyonun 57 əmlakına həbs qoyuldu, pasportları əlindən alındı
30 İyul 2019 16:38


Braziliya millisinin və “Barselona” klubunun keçmiş üzvü Ronaldinyonun 57 əmlakına həbs qoyulub. Futbolçunun Braziliya və İspaniya pasportları isə ödənilməmiş vergi və cərimələrə görə müsadirə edilib.

Realpress.az Braziliyanın “Folha de Sao Paulo” qəzetinə istinadən xəbər verir ki, iki dəfə dünyanın ən yaxşı futbolçusu seçilmiş Ronaldinyo Portu Aleqri şəhərindəki evində qanunsuz pirs tikdiyi üçün 9.5 milyon rial (təxminən 4,3 milyon manat) cərimələnib.

Bundan başqa, kreditorlar ondan bələdiyyə vergiləri də daxil olmaqla, digər borclarını ödəməyi tələb edir. Portu Aleqri məhkəməsinin hakimi məxfilik qaydalarına görə, sözügedən qəzetin məlumatını nə təsdiq, nə də təkzib edib.

Ronaldinyonun var-dövlətinin 80-100 milyon funt təşkil etdiyi bildirilir.

Qeyd edək ki, daha əvvəl Braziliya millisinin daha bir sabiq futbolçusu Kafu maliyyə problemləri ilə üzləşmişdi. Onun Braziliyada sahib olduğu mənzillərinə müvafiq orqanlar tərəfindən həbs qoyulub.


20 Avq 2019
İdman

"Qarabağ" bu gün gedir

Avropa Liqasının pley-off mərhələsində "Linfild"in qonağı olacaq "Qarabağ" bu gün Şimali İrlandiyaya gedəcək.

20 Avq 2019
İdman

“Azərsun Arena” təmirə bağlanır - “Qarabağ” harada oynayacaq?

"Qarabağ"ın Azərbaycan Premyer Liqasında ev oyunlarını keçirdiyi "Azərsun Arena" təmirə bağlanır.

20 Avq 2019
İdman

Çempionlar Liqasında pley-off mərhələsinə start verilir

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

19 Avq 2019
İdman

Modriç, Rakitiç, Perişiç Bakıya gələcək - HEYƏT

Modriç, Rakitiç, Perişiç Bakıya gələcək - HEYƏT