Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı start götürüb.
İlk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparır.
Realpress.az Trend-ə istinadən bildirir ki, Cəbrayıl Hacıyev debütdə türk rəqibini çətinlik çəkmədən məğlub edib. EYOF-un qalibi daha sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılıb. Yapon güləşçini də yolundan kənarlaşdıran Cəbrayıl yarımfinala vəsiqə qazanıb.
Finalın bir addımlığında Hacıyevin rəqibi Gürcüstan təmsilçisi olub. EYOF-da tam üstünlüklə qalib gəldiyi rəqibin ciddi müqaviməti ilə üzləşən yığmamızın üzvü hesabda 2:6 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək son saniyələrdə icra etdiyi uğurlu fəndlərlə adını finala yazdırmağı bacarıb.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.
Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.