Bu gün Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün püşkatma mərasimi keçiriləcək.
Realpress.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlanacaq. Ötən mövsüm olduğu kimi, çempionat eyni komandaların iştirakı ilə keçiriləcək. Bunlar "Qarabağ", "Neftçi", "Səbail", "Qəbələ", "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"dir.
Qeyd edək ki, yeni mövsümə avqustun 16-da start veriləcək.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.
Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.