Yeni dərmanların testi üçün süni göz yaradılıb

Yeni dərmanların testi üçün süni göz yaradılıb
07 Avq 2019 17:10

ABŞ mühəndisləri əczaçılara buynuz qişasında qıcıq yaradan və görmə ilə bağlı problemlərə səbəb olan quru göz sindromu ilə mübarizədə daha effektiv metodlar hazırlamağa imkan verəcək unikal platforma hazırlayıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, Pensilvaniya Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin tədqiqatçıları tərəfindən hazırlanan miniatür qurğu üçölçülü printer vasitəsilə yaradılan məsaməli karkas şəklindədir. “Çip üzərində göz” adlı sistem səthi daim süni gözyaşıları ilə nəm olan jelatindən düzəldilmiş qırpınan “göz qapağı” ilə təchiz edilib.

 

Məlumata görə, mexanizmin işə salınması insan gözünün buynuz qişasının nəmləndirilməsində bu və ya digər damcıların effektivliyini müəyyənləşdirməyə imkan verəcək. Prototipin üstünlüyü onun qiymətinin ucuz olması və sadə hazırlanmasındadır. Bu cihazın köməyi ilə tədqiqatçılar süni gözyaşı istehsalçılarını yeni preparatların hazırlanmasına stimullaşdırmağı planlaşdırırlar. Alimlərin sözlərinə görə, hazırda bazarda göz quruluğunun profilaktikası üçün sertifikatlaşdırılmış dərmanlarda çatışmazlıq müşahidə olunur.

Realpress.az


16 Avq 2019
İT

"Nar"ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda

"Nar"ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda

16 Avq 2019
İT

"Azercell"in rəqəmsal dünyası Cocuq Mərcanlıda - FOTO

"Azercell"in rəqəmsal dünyası Cocuq Mərcanlıda - FOTO

9 Avq 2019
İT

“AzInTelecom” tərəfindən ali təhsil müəssisələrinə “Microsoft” lisenziyalarının verilməsi davam edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC və "Microsoft" şirkəti arasında imzalanan əməkdaşıq sazişinə əsasən, ali təhsil müəssisələri və dövlət qurumlarının "Microsoft" lisenziyaları ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsidir