“Apple Card” bank kartının buraxılışına başlanılıb

“Apple Card” bank kartının buraxılışına başlanılıb
08 Avq 2019 11:23

“Apple” şirkəti “Goldman Sachs Group” bankı ilə birgə martda nümayiş olunan “Apple Card” virtual bank kartının ilkin buraxılışına başlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, karta sahib olmağa maraq göstərən məhdud saylı istifadəçilərə qeydiyyatdan keçmək üçün dəvətnamələrin göndərilməsinə başlanılıb.

 

“Apple Card” “iPhone” smartfonu ilə istifadə üçün nəzərdə tutulub. Kartın sahibi qeydiyyatdan keçdikdən sonra ondan alış-verişlər üçün istifadə edə biləcək.

 

Smartfonda “iOS 12.4” sisteminin quraşdırılmasını tələb edən qeydiyyat prosesində istifadəçinin ünvanı, doğum tarixi, gəlir səviyyəsi və sosial sığorta kartının son dörd rəqəmi daxil edilir. Bu informasiya müraciəti real vaxt rejimində müsbət cavablandıracaq və ya rədd edəcək “Goldman Sachs” bankına göndərilir.

 

“Apple” şirkəti kartın nömrəsi görünməyən titandan hazırlanan fiziki versiyasını da təklif edir.

 

“Apple Card” virtual bank kartından avqustun sonundan etibarən ABŞ-ın bütün “iPhone” smartfon sahibləri istifadə edə biləcəklər.

Realpress.az


16 Avq 2019
İT

"Nar"ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda

"Nar"ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda

16 Avq 2019
İT

"Azercell"in rəqəmsal dünyası Cocuq Mərcanlıda - FOTO

"Azercell"in rəqəmsal dünyası Cocuq Mərcanlıda - FOTO

9 Avq 2019
İT

“AzInTelecom” tərəfindən ali təhsil müəssisələrinə “Microsoft” lisenziyalarının verilməsi davam edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC və "Microsoft" şirkəti arasında imzalanan əməkdaşıq sazişinə əsasən, ali təhsil müəssisələri və dövlət qurumlarının "Microsoft" lisenziyaları ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsidir