Ən sürətli mobil interneti təmin edən smartfonlar məlum olub

Ən sürətli mobil interneti təmin edən smartfonlar məlum olub
08 Avq 2019 14:39

“OpenSignal” analitik şirkəti müxtəlif istehsalçılara məxsus smartfonların mobil internetinin orta sürətinə həsr edilən tədqiqat aparıb. Bu göstərici üzrə qaliblər müxtəlif ölkələrdə fərqlənsə də, əksər halda (35 faiz) “Samsung” şirkəti lider olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, aprel-iyunda toplanan məlumatlara görə, “Samsung” istehsallı qurğular mobil internetlə məlumatların saniyədə 16 meqabit orta yükləmə sürətini təmin ediblər. 14 Mbit/saniyə orta yükləmə sürəti ilə ikinci yeri “Apple” və “Huawei” şirkətləri tutub.

 

Tədqiq edilən 40 ölkənin 17,5 faizində “Apple” smartfonları daha sürətli olub. Ölkələrin 48 faizində isə mütləq lideri müəyyənləşdirmək mümkün olmayıb və liderlik iki və ya üç şirkət arasında bölüşdürülüb.

 

Tədqiqatda daha çox diqqəti cəlb edən fakt isə “Apple” şirkətinin smartfonlar bazarında payının dünyada ən böyük olduğu ABŞ-da “Samsung” smartfonlarının 28 Mbit/saniyə orta mobil internet sürətini təmin etməsidir ki, bu da “Apple” qurğularından 8 meqabit çoxdur.

Realpress.az



16 Avq 2019
İT

"Nar"ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda

"Nar"ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda

16 Avq 2019
İT

"Azercell"in rəqəmsal dünyası Cocuq Mərcanlıda - FOTO

"Azercell"in rəqəmsal dünyası Cocuq Mərcanlıda - FOTO

9 Avq 2019
İT

“AzInTelecom” tərəfindən ali təhsil müəssisələrinə “Microsoft” lisenziyalarının verilməsi davam edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC və "Microsoft" şirkəti arasında imzalanan əməkdaşıq sazişinə əsasən, ali təhsil müəssisələri və dövlət qurumlarının "Microsoft" lisenziyaları ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsidir