Bakıda harada qurban kəsmək olmaz?

Bakıda harada qurban kəsmək olmaz?
09 Avq 2019 17:00

Bu gün Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadır tipli kəsim məntəqələrinə infotur təşkil edib.

Realpress.az xəbər verir ki, media nümayəndələrinin iştirak etdiyi infoturun keçirilməsində məqsəd bayrama hazırlıqların gedişatı, həmin günlərdə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində görülən işlərlə bağlı jurnalistləri məlumatlandırmaqdır. 

KİV nümayəndələrinə Sabunçu rayonu ərazisində fəaliyyət göstərən stasionar kəsim məntəqəsi və Xətai rayonu ərazisində qurulan çadır tipli kəsim məntəqəsi ilə yaxından tanış olmaq imkanı yaradılıb. 

AQTA-nın Heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri – Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında bildirib ki, bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına veriləcək. 

Onun sözlərinə görə, agentliyin mütəxəssislərin metodiki tövsiyəsi ilə hazırlanmış çadır tipli kəsim məntəqələrində qurbanlıq heyvanların satışı ilə yanaşı onların kəsimi, hazırlanması və digər xidmətlər yerli icra strukturları tərəfindən təmin ediləcək. 

"Kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir. Heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarları, məhəllələr, parklar və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınması yolverilməzdir". 


21 Avq 2019
Maraqlı

Bu ölkə 2020-ci ildən ikili vətəndaşlığa icazə verəcək

Norveç ikili vətəndaşlığa icazə verməyə hazırlaşır.

21 Avq 2019
Maraqlı

"Apple" şirkətinin rəhbərindən Bakı bulvarı FOTOsu

"Apple" şirkətinin rəhbəri Bakıdakı şeytan çarxının fotosunu paylaşıb.

21 Avq 2019
Maraqlı

Günün ulduz falı - 21 avqust

Realpress.az günün ulduz falını təqdim edir:

21 Avq 2019
Maraqlı

Facebook qrupları yenilənir

Facebook istifadəçilər tərəfindən hələ də fəal istifadə olunan qrupların xüsusiyyətlərini inkişaf etdirməyə davam edir. Yeni xüsusiyyət ilə qrupların məxfilik seçimləri indi nişanlar olan istifadəçilərə göstəriləcəkdir.

21 Avq 2019
Maraqlı

Termometrdəki ən qorxulu rəqəmin sirri — 37,5

Subfebril hərarət termometrdə bədən temperaturunun 37,2- 37,5 arasında göstəricisidir.