“Huawei” öz əməliyyat sistemini təqdim edib

“Huawei” öz əməliyyat sistemini təqdim edib
09 Avq 2019 17:05

Çinin "Huawei" şirkəti ABŞ tərəfindən qoyulmuş sanksiyalar fonunda "Harmony OS" adlı öz əməliyyat sistemini təqdim edib.

"Bizim tərəfimizdən hazırlanmış əməliyyat sistemi smartfon, "ağıllı" saat, fərdi kompüter və planşetlər üçün uyğundur" – "Huawei CBG" şirkətinin direktoru Riçard Yu deyib.

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, "Harmony" sistemi Çin şirkətinin smartfonlarında istifadəsi təhlükə altında olan "Android" əməliyyat sistemini əvəz edə bilər. Cari ilin mayında ABŞ Ticarət Nazirliyi "Huawei" şirkətini qara siyahıya salıb. Nəticədə Çin şirkətinə amerikalı istehsalçılardan komponent və texnologiya satın almaq qadağan edilib. Həmçinin "Huawei" şirkətinə müvafiq lisenziya olmadan ABŞ-da biznes işləri ilə məşğul olmaq qadağan edilib. Çin şirkətinin mövcud müştərilərinə "Android" sisteminin yeniləmələri üçün verilmiş müvəqqəti icazə avqustun 19-dək etibarlıdır.

Realpress.az


21 Avq 2019
İT

Şəhərdə vəziyyəti izləyən və onun sakinlərini müdafiə edən “ağıllı” küçə fənərləri təqdim edilib

"Sapphire Now and ASUS" illik konfransında "Signifiy BrightSites" şirkətinin istehsalı olan küçə fənərləri təqdim edilib. GPS texnologiyasından istifadə edən və vahid şəbəkəyə qoşulan fənərlər hava və havanın çirklənməsi haqqında məlumatları toplayır. Sözügedən fənərlərə quraşdırılmış 4G və 5G şəbəkələrinin SIM-kartları vasitəsilə məlumatlar "bulud" saxlanc sisteminə ötürülür.

21 Avq 2019
İT

Kvant interneti üçün ilk protokol yaradılıb

Niderlandın “QuTech” tədqiqat mərkəzi kvant internetinin yaradılması məqsədilə yeni texnologiya təqdim edib.

21 Avq 2019
İT

Smartfonların beynin aktivliyinə təsiri araşdırılıb

ABŞ-ın Ratqers Universitetinin alimlərinin qənaətinə görə, fasilədə istirahət etmək üçün mobil telefondan istifadə beyni daha güclü yora və onun sonrakı məhsuldarlığını pisləşdirə bilər.

21 Avq 2019
İT

Məqsədyönlü kiberhücumların payı artır

“Positive Technologies” şirkəti cari ilin ikinci rübündə kibertəhdidlərin inkişafı haqqında hesabat açıqlayıb. Hesabata görə, internetdə təhlükəsizliklə bağlı vəziyyət pisləşir.  

21 Avq 2019
İT

Smartfonda az yer tutan “Google Go” proqramı əlçatan olub

Smartfonun daimi yaddaşında 7 MB yer tutan, “Android” sistemi ilə işləyən qurğularda “Google”un standart proqramına alternativ olan “Google Go” dünyada əlçatan olub.