Hindistanda daşqınlar 42 nəfərin ölümünə səbəb olub

Hindistanda daşqınlar 42 nəfərin ölümünə səbəb olub
10 Avq 2019 09:35

Hindistanın Kerala ştatında leysan yağışları nəticəsində daşqınlar baş verib.

Realpress.az Trend-ə istinadən bildirir ki, daşqınlar nəticəsində azı 42 nəfər həlak olub.

Bildirilir ki, 100 mindən artıq insan təxliyə edilib. Ştatın bir neçə rayonunda ən yüksək təhlükə səviyyəsi elan edilib.

Koçin beynəlxalq hava limanı fəaliyyətini dayandırıb.