AFFA "Qarabağ"ı cəzalandıra bilər

AFFA "Qarabağ"ı cəzalandıra bilər
17 Avq 2019 14:50



AFFA "Qarabağ" klubunu cəzalandıra bilər.

realpress.az-ın məlumatına görə, dünən Azərbaycan Premyer Liqasının ilk turunun "Keşlə" - "Qarabağ" oyununda nominal qonaqların texniki zonada oturan üzvləri buraxılış vəsiqəsi taxmayıblar.

Turniri təşkil edən Peşəkar Futbol Liqasının Əsasnaməsinə görə, futbolçular istisna olmaqla, komandaların digər şəxsləri A buraxılış vəsiqəsi ilə texniki zonada yer ala bilərlər. Lakin başda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov olmaqla, məşqçilər, inzibati və tibbi heyətin bəzi üzvlərində bu buraxılış vəsiqəsi olmayıb.

Şəkillərdən də göründüyü kimi, "Keşlə"nin texniki zonada əyləşmiş bütün üzvlərində bu buraxılış vəsiqəsi olub.


AFFA nümayəndəsi olan Şaiq Həmidov isə hesabatda bunu əks etdirib. Gələn həftə AFFA İntizam Komitəsi bu barədə qərar çıxaracaq. Böyük ehtimalla klub cərimə olunacaq və ya şifahi xəbərdarlıq ediləcək.

Qeyd edək ki, bu görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.