Super Kubok matçında meydana girən "YouTuber"in cəzası açıqlandı

Super Kubok matçında meydana girən "YouTuber"in cəzası açıqlandı
17 Avq 2019 14:54



UEFA Super Kuboku matçının 14-cü dəqiqəsində meydana daxil olmuş Ali Abdülselam Yılmaz haqqında qərar çıxarıldı.

realpress.az xəbər verir ki, polisə ifadə verən "Dəlimi Nə?" "YouTube" kanalının sahibi bunları bildirib:

"Həyəcanlı idim, matçın 14-cü dəqiqəsində meydana tullandım. Meydanın ortasına qaçdım və qol sevincimi göstərdim. Sonra şimal istiqamətindəki tribunaya doğru qaçarkən təhlükəsizlik nümayəndələri məni tutdular. Dostlarım video çəkib, bundan xəbərim olmayıb".

O, eləcə də Əmrə Durmuş, Cantuğ Özsoy, Furkan Yaman və Y.Y. adlı dostları "meydana icazəsiz girmək" və "meydana icazəsiz girməyə sövq etmək" maddələri ilə günahlandırılır. Onların işi ifadələri alındıqdan sonra polis nəzarəti və ölkədən kənara çıxma qadağası ilə məhkəməyə göndərilib. Məhkəmə isə bu beş nəfərin idman yarışlarını izləməsinə qadağa qoyulmasına dair qərar çıxarıb.

Qeyd edək ki, 26 yaşlı Ali Abdülselam Yılmaz bu hərəkətinə görə öz səhifəsində də Türkiyə xalqından üzr istəyib. O bildirib ki, kanoe millisinin üzvü kimi idmanda belə hərəkətin yolverilməz olduğunu bilir, həmin an özündən asılı olmayaraq belə edib.

Hazırda onun səhifəsinin 4 milyon yarıma yaxın izləyicisi var. Bu hərəkəti Türkiyə adına ləkə gətirdiyi üçün "YouTuber"in izləyicilərinin sayı azalıb.


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.