Elçin Quliyev müğənni Elnarəyə medal verdi: "Qürur və şərəf duyuram" - FOTO

Elçin Quliyev müğənni Elnarəyə medal verdi: "Qürur və şərəf duyuram" - FOTO
17 Avq 2019 15:07



Müğənni Elnarə Xəlilova medala layiq görülüb.

realpress.az xəbər verir ki, E.Xəlilova Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən yubiley medalı ilə təltif edilib.

Müğənni realpress.az-ın əməkdaşı ilə söhbətində medalla təltif olunduğu üçün qürur və şərəf duyduğunu dilə gətirib:

"Bu cür yüksək mükafata layiq görüləcəyimi gözləmirdim. Bu mükafat məni çox qürurlandırdı. Artıq uzun müddətdir ki, mən də sərhədçiyəm. Bu şərəfli adı daşıdığım üçün çox xoşbəxtəm.

Bütün sərhədçiləri öz adımdan 100 illik yubiley münasibətilə təbrik edirəm. Hər bir azərbaycanlı kimi mənim də ən böyük arzum Qarabağımızı azad görməkdir. Eyni zamanda, bütün əsgərlərimizə tutduqları şərəfli yolda uğurlar, cansağlığı arzulayıram".

Qeyd edək ki, leytenant rütbəsi daşıyan E.Xəlilova Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin solistidir.



26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.