Siyəzəndə yol-nəqliyyat hadisəsi baş verib.
Realpress.az-in verdiyi xəbərə görə, qəza rayonun Qalaaltı kəndi yolunda qeydə alınıb.
"VAZ-2107" markalı avtomobil "Opel"lə toqquşub.
Nəticədə, səkkiz nəfər xəsarat alıb. Yaralılar Siyəzən Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb. Xəstəxanadan bildirilir ki, dörd nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər dörd nəfərin müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olunub.
Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.