Bu ölkə 2020-ci ildən ikili vətəndaşlığa icazə verəcək

Bu ölkə 2020-ci ildən ikili vətəndaşlığa icazə verəcək
21 Avq 2019 14:44

Norveç ikili vətəndaşlığa icazə verməyə hazırlaşır.

Realpress.az AZƏRTAC-a istinadən bildirir ki, Krallıq hökuməti ikili vətəndaşlığa icazə verən yeni qanunun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcəyini təsdiq edib.

Beləliklə, Norveçdə yaşamaq üçün qanuni icazəsi olan əcnəbi vətəndaşlar 2020-ci ildən başlayaraq öz ölkələrinin vətəndaşlığından imtina etmədən Norveç vətəndaşlığı almaq üçün sənəd verə biləcəklər. Başqa ölkələrdə yaşadıqları üçün Norveç vətəndaşlığından imtina edən norveçlilər də öz vətəndaşlıqlarını bərpa edə biləcəklər.

Norveç hökumətindən bildiriblər ki, Avropa Şurasının qaydaların dəyişməsini tənzimləyən konvensiyasının bir hissəsindən imtina etmək üçün Krallığa vaxt lazımdır. Norveç həmin məqsəd üçün Avropa Şurasına ötən ilin dekabrında - parlament ikili vətəndaşlığa icazə verilməsini bəyəndikdən dərhal sonra müraciət edib.



28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.