Böyük futbol bayramından hamı hədiyyə ilə qayıtdı - FOTO

Böyük futbol bayramından hamı hədiyyə ilə qayıtdı - FOTO
10 May 2024 09:07

Bakı kənd və qəsəbələri arasında keçirilən II minifutbol turnirinin mükafatlandırma mərasimində 384 iştirakçının hər birinə və 32 məşqçiyə “İSMA bikes Azərbaycan” şirkəti tərəfindən velosipedlər təqdim edilib.

Azərbaycan Resbublikasının Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə Bakı kənd və qəsəbələri arasında 40 gün davam edən ikinci minifutbol turnirinə bu gün yekun vurulub. Bakı Tennis Akademiyasında baş tutan final matçından öncə dövlət himnimiz səsləndirilib və torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.

Final matçından öncə çıxış edən “Dərviş Band” qrupu ifaları ilə tədbirə rəng qatıb.

Turnir iştirakçıları mərasimdə iştirak edən futbolçular Toral Bayramov və Emil Səfərovla şəkil çəkdirib, onlardan avtoqraf alıblar.

Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında “Yeni Günəşli” komandası “Aşağı Güzdək” komandasını 7:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Böyük coşqu və təntənə ilə keçən mükafatlandırma mərasimində ilk üç yeri tutan komandaların üzvlərinə medal və diplomlar təqdim olunub.

Beləliklə, Bakı kəndlərində yeni nəslin peşəkar idmana cəlb edilməsi məqsədilə mütəmadi yarışlar təşkil edən Bakı Abadlıq Xidməti daha bir turnirə imza atdı. Abadlığa geniş aspektdən yanaşan şirkətin məqsədi odur ki, təmir, tikinti, bərpa işlərinin aparılması ilə yanaşı, paytaxt kəndlərində sakinlərin rifahının artmasına, xüsusən gənc nəslin sağlam böyüməsi üçün faydalı ənənələrin əsasının qoyulmasına öz töhfəsini versin.

 


30 May 2024
İdman

Azərbaycan Kubokunun qalibi bəlli olub

Həndbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.

30 May 2024
İdman

Güləşçilərdən ibarət milli komandamızın Budapeştə yollanacaq heyəti bəlli oldu

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək güləş üzrə reytinq seriyalı turnirin iştirakçıları müəyyənləşib.

29 May 2024
İdman

Azərbaycan olimpiyaçıları dünya sıralamasında ilk 15-likdə

Yay Olimpiya Oyunlarının proqramına daxil olan növlər üzrə dünya çempionatlarının medal sıralaması açıqlanıb.

29 May 2024
İdman

Azərbaycanın 12 cüdoçusu olimpiadada iştirak hüququ qazanıb, onlardan 9-u Parisə gedəcək

Azərbaycan Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında 9 (7 kişi, 2 qadın) cüdoçu ilə təmsil olunacaq.

27 May 2024
İdman

Sərbəst güləş üzrə milli komandamız Gürcüstanda keçirilən turnirdə yeddi medal qazanıb

Gürcüstanın Qori şəhərində sərbəst güləş üzrə "Şxireli Kuboku" turniri keçirilib.