Azərbaycanlı iş adamının hesabına səhvən 128 milyon köçürüldü

Azərbaycanlı iş adamının hesabına səhvən 128 milyon köçürüldü
20 Apr 2018 14:31

Realpress.az modern.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan biznesmen də öz növbəsində məsələdən məlumatlı olduğunu bildirib. Vəsaitin ona məxsus olmadığı üçün geri qaytaracağını vurğulayıb. 

Təxminən, yarım saatdan sonra yanlışlığa yol verən bankın qarşısına gedən soydaşımız maraqlı mənzərə ilə qarşılaşıb. İş adamının sözlərinə görə, o banka vardığında yüzə qədər alman ora cəm olunmuşdu. Həmin almanlar bank işçisinin yol verdiyi yanlışlıqdan sonra pulları azərbaycanlının hesabına köçürülən şəxslər olub. 

Azərbaycanlı iş adamı hətta onu görən vaxt bəzilərinin təşəkkür naminə əlindən öpdüyünü, ona ürəkdən minnətdarlıq edənlərin də olduğunu bildirib:

“Hələ pulu geri qaytarmamış məndən hansı ölkədən olduğumu soruşdular. Baxdım ki, Azərbaycan barəsində bir çoxu məlumatlı deyil. Bildirdim ki, Azərbaycan çox inkişaf etmiş bir ölkədir. Orada düzgünlük, qanunlar o şəkildə işləyir ki, bu məsələlərdə heç bir problem olmur. Onlar mənə ehtiramlarını bildirdilər”. 

Hadisə aprelin 19-da baş verib. Olay Almaniya mediasında da maraqla qarşılanıb. Mediada həmyerlimizin pulu qaytarmamaq səlahiyyəti olduğu halda, atdığı bu addım alqışlanıb. 

Qeyd edək ki, əslən Ağdamdan olan iş adamının adı sayta məlum olsa da, açıqlamayıb.


26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".

26 Apr 2024
Cəmiyyət

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO

Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər dənizinin ərazi sularında keçirilən “Dalğa-2024” birgə taktiki təlimi müvəffəqiyyətlə başa çatıb.

26 Apr 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.