Futbol azarkeşi adı ilə DÇ-a gəlib Avropaya köçürlər - VİDEO

Futbol azarkeşi adı ilə DÇ-a gəlib Avropaya köçürlər - VİDEO
23 İyun 2018 13:23


Futbol üzrə dünya çempionatında tamaşaçı qismində iştirak etmək üçün Rusiyaya dünyanın dörd bucağından minlərlə azarkeş gəlir. Fanatlar üçün “fan ID”, yəni sadə dillə desək azarkeşin şəxsiyyət vəsiqəsi rəsmiləşdirilir. Bu sənəd onlara Rusiyaya vizasız səyahət etməyə imkan verir.

Realpress.az “Euronews”a istinadən xəbər verir ki, son günlər bir neçə min insan Avropaya köçmək və qaçqın statusu əldə etmək üçün belə vəsiqələrdən sui-istifadə edib.

Finlandiyanın sərhəd xidməti ötən həftədən bəri ölkə ərazisinə qanunsuz yolla keçməyə çalışan beş dırnaqarası futbol fanatını saxlayıb.

Onlar Nigeriya, Mərakeş və Çin vətəndaşları olub. Onlardan ikisi pasport yoxlanışı zamanı saxlanılıb. Üçü sərhədi meşəlik ərazidən pozmağa çalışıb. Hər birinin üzərində azarkeşin şəxsiyyət vəsiqəsi olub .

“Azarkeş” miqrantlar Avropa İttifaqı ərazisinə eyni zamanda Belarus və Polşa ərazisindən daxil olmağa çalışır.


26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.