Putini toya çağıran nazirin başı dərddə

Putini toya çağıran nazirin başı dərddə
17 Avq 2018 15:27


Avropa Parlamentində Avstriyanı təmsil edən “Yaşıllar – Azad Avropa Alyansı” fraksiyasının deputatı Mişel Reymon ölkəsinin xarici işlər naziri Karin Knayslı Rusiya prezidenti Vladimir Putini toya çağırdığına görə istefaya getməyə səsləyib.

Realpress.az xəbər verir ki, siyasətçi bu barədə öz “Twitter” hesabında yazıb. 

“Firuzəyi-mavi koalisiya hökuməti Rusiya rejiminin Avropa İttifaqına uzanmış əli kimi qəbul edilir və ölkəmizin nüfuzuna pis təsir göstərir. Bu, təkcə Avstriyanın deyil, Avropanın problemidir.

Xarici işlər naziri Karin Knaysl buna görə məsuliyyət daşıyır və Avstriyanın imicinə zərbənin qarşısını almaq üçün dərhal istefa verməlidir. Əgər o könüllü getməzsə, federal kansler bu gün nazirin işdən çıxarılması təklifi ilə prezidentə müraciət etməlidir”, - deyə Reymon yazıb.

Onun sözlərinə görə, Avstriya XİN başçısının toyu ilk növbədə şəxsi bayramdır və bu hadisə Avstriyanın xarici siyasət mövqelərinə təsir etməməlidir.


26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.