İŞİD terrorçuları Suriyanın İraqla sərhədində Deyr-əz-Zor vilayətində ABŞ qüvvələrinə üç hücum təşkil ediblər.
Realpress.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hücumlar avqustun 18-nə keçən gecə ən böyük neft yataqlarında biri sayılan “Əl-Ömər” rayonuna üç istiqamətdə həyata keçirilib.
Onlarla terrorçunun iştirak etdiyi hücumda minalanmış avtomobillərdən istifadə olunub.
Amerikalı hərbçilər ABŞ-ın başçılıq etdiyi Beynəlxalq Koalisiyanın aviasiyasını köməyə çağırıblar.
Ekstremistlərin əksəriyyəti məhv edilib. Hücum zamanı həmçinin beş dinc sakin ölüb.
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.
Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.