Bakıda reyd: 14 sərxoş sürücü və üç avtoxuliqan saxlanılıb - FOTO/VİDEO

Bakıda reyd: 14 sərxoş sürücü və üç avtoxuliqan saxlanılıb - FOTO/VİDEO
15 Okt 2018 16:05


Bakıda kobud qayda pozuntuları törədən, sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərə qarşı reyd keçirilib.

Daxili İşlər Nazirliyindən realpress.az-a verilən məlumata görə, reyd zamanı xeyli sayda sərxoş sürücü aşkar olunub, yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə rast gəlinib.

Keçirilən tədbirlər zamanı polisin qanuni saxlama əmrinə tabe olmayaq avtomobili saxlamaqdan imtina edən və bununla da kobud qayda pozan xanım sürücü Səbail rayonu Rəşid Behbudov küçəsində süni tıxac yaradıldıqdan sonra saxlanılıb.

Daha bir avtoxuliqanlıq hərəkətləri edən sürücü Nərimanov rayonu Həsən Əliyev küçəsində aşkar edilib. Belə ki, “Niva” və “Lexus” markalı avtomobillərin sürücüləri qarşı yola çıxaraq, yüksək sürətlə hərəkət edib və digər hərəkət iştirakçılarına aşkar təhlükə yaradıblar.

Yol polisi əməkdaşlarının “Saxla” işarəsinə tabe olmayan sürücülər məsuliyyətdən yayınmaq üçün ayrı-ayrı istiqamətlərə gediblər. Sonda DYP əməkdaşları süni sıxlıq yaradaraq “Lexus” markalı avtomobilin sürücüsünü Ziya Bünyadov prospektində saxlamağa nail olublar.

Qeyd edək ki, avtoxuliqanlıq edən digər 90- GJ-444 dövlət qeydiyyat nişanlı “Niva”nın sürücüsünün isə saxlanılması barədə qərar çıxarılıb.

Reyd zamanı sərxoş vəziyyətdə saxlanılan sürücü Əhməd Hüseynov polisdən qaçmaq üçün maşını yolun hərəkət hissəsində saxlayaraq düşüb qaçmağa çalışsa da, saxlanılıb. Sürücü nəqliyyat vasitəsini mühafizə olunan müvəqqəti duracağa yerləşdirmək üçün avtomobilin açarlarını polislərə verməkdən boyun qaçırıb. Daha sonra tibbi müayinə zamanı onun ağır dərəcəli sərxoş olduğu üzə çıxıb.

“Mersedes” markalı avtomobili sərxoş vəziyyətdə idarə edən daha bir sürücü Zakir Rüstəmov isə Xətai rayonu Xocalı prospektində saxlanılıb. O, əvvəlcə polislərə spirtli içki qəbul etmədiyini desə də, sonradan sükan arxasına sərxoş vəziyyətdə əyləşdiyini etiraf edib.

Sərxoş vəziyyətdə saxlanılan “Prado” markalı avtomobilin sürücüsü isə əvvəlcə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edərək məsuliyyətdən yayınmağa çalışıb. Amma polislər tərəfindən onunla profilaktik söhbətlər aparılaraq spirtli içkinin təsiri altında nəqliyyat vasitəsini idarə etməyin törədə biləcəyi ağır fəsadlar barədə məlumat verilib. 

“Mersedes” markalı mikroavtobusu sərxoş hala idarə edən növbəti sürücü Ziya Bünyadov prospektində saxlanılıb. O, içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün peşman olmadığını bildirib.

Qeyd edək ki, son zamanlar bəzi sürücülər avtomobilə konstruksiya dəyişikliyi etmədən maşının yük yerinə su qabları, beton qırıntıları, sement, mərmər və digər ağır əşyalar yığırlar. Bununla da onlar avtomobilin ön hissəsinin qalxmasını, arxa hissəsinin isə aşağı düşməsini təmin edirlər. Reyd zamanı bu üsulla, yəni avtomobilin yük yerinə beton qırıntıları yığaraq görünüşü dəyişən sürücülər də aşkar edilib.

Reyd zamanı sərxoş halda nəqliyyat vasitəsini idarə edən 14, avtoxuliqanlıq edən üç, polisə tabe olmayan iki sürücü aşkarlanıb. Digər kobud qayda pozuntularına yol verən sürücülər barəsində də müvafiq tədbirlər görülüb.

Ümümilikdə, reyd zamanı 50-dən artıq sürücü saxlanılaraq inzibati qaydada cərimə edilib, bir neçəsinin barəsində toplanmış materiallar isə məhkəmələrə təqdim edilib.




26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".

26 Apr 2024
Cəmiyyət

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO

Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər dənizinin ərazi sularında keçirilən “Dalğa-2024” birgə taktiki təlimi müvəffəqiyyətlə başa çatıb.

26 Apr 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

26 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.