Alimlər donuz dərisini insana köçürəcək

Alimlər donuz dərisini insana köçürəcək
12 Dek 2018 15:03


Təəssüflər olsun ki, müasir transplantologiya orqana ehtiyacı olan bütün insanların tələblərini ödəyə bilmir. Məhdudiyyəti aradan qaldırmaq məqsədilə Qərbdə bu istiqamətdə böyük işlər aparılır. Artıq sirr deyil ki, donuz orqanları müxtəlif səbəblərə görə (insana) transplantasiya üçün uyğun gəlir, ancaq praktikada bu elə də asan başa gəlmir.  

Realpress.az  “Hi-News.ru”ya istinadən xəbər verir ki, tezliklə çox şey yaxşılığa doğru dəyişə bilər.

Belə ki, ABŞ-dan olan alim qrupu ilk dəfə olaraq donuz dərisini insana köçürməyə hazırlaşır.

Tədqiqatı Boston şəhərinin “XenoTherapeutics” qeyri-gəlir biotexnologiya şirkəti aparır.

Bu yaxınlarda qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarət idarəsi (ABŞ) genetik modifikasiya olunmuş donuzlardan götürülmüş dəri transplantları üzərində kliniki sınaqların aparılmasına “yaşıl işıq” yandırıb.

Sual yarana bilər, nə üçün indi? Axır bu heyvanın orqanlarının transplantasiya baxımında insana uyğun gəldiyi çoxdan məlum idi. Məsələ ondadır ki, yüksək histouyğunluq səviyyəsinə rəğmən, adi donuzların hüceyrələrində insanın immun sistemi ilə təmas zamanı “yadlaşmaya” səbəb olan çoxsaylı agentlər (o cümlədən, RNT və DNT-də yer alan viruslar) yer alır. Ona görə genetik modifikasiya olunmuş donuzları yetişdirən zaman bu “qüsurların” aradan qaldırılmasına xüsusi diqqət ayrılır.

“Bizim, yəni “XenoTherapeutics” mütəxəssislərinin istifadə etdiyi genetik modifikasiya olunmuş donor-heyvanların toxumaları insanın immun sistemi tərəfindən “yad” olaraq qəbul olunmur. Bunu “Pepsi” və “Kola” ilə müqayisə etmək olar, aralarında cüzi fərqlər olsa da, orqanizm üçün bu, o qədər də önəmli olmur.

“XenoTherapeutics” təşkilatı Massçusets xəstəxanasının cərrah heyətinin əməkdaşlığı ilə gələn aydan kliniki sınaqlara start verməyi planlaşdırır.

Birinci mərhələdə donor-donuzdan çıxarılan dəri ağır yanıq yaraları olan pasiyentə köçürüləcək. Pasiyent əməliyyatdan sonra bir ay ərzində həkimlərin daimi nəzarətində olacaq. Nəticələr müsbət olarsa, sonradan çoxsaylı pasiyent qrupları üzərində daha iki sınaq mərhələsi həyat keçiriləcək.

Bütün sınaqların başa çatmasından sonra xüsusi komissiya bu yeni metodun kliniki praktikada geniş tətbiqi məsələsinə qərar verəcək.


26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.