Şri-Lankada fövqəladə rejim tətbiq olunacaq – YENİLƏNİB + VİDEO

Şri-Lankada fövqəladə rejim tətbiq olunacaq – YENİLƏNİB + VİDEO
22 Apr 2019 14:26


Şri-Lanka prezidenti ölkədə törədilən silsilə terror hücumları fonunda fövqəladə vəziyyət rejimi tətbiq etməyə hazırlaşır. 

Bu barədə “RİA Novosti” məlumat yayıb. 

Fövqəlatə vəziyyətin aprelin 23-də gecə yarısı qüvvəyə minəcəyi bildirilir.

21 aprel, 18:17

Şri-Lankada kilsə və otellərdə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 215-ə çatıb.

Bu barədə News 1ST məlumat yayıb.

16.49

Şri-Lankada kilsə və otellərdə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 207-yə çatıb.

Bu barədə Reuters Şri-Lanka polisinin nümayəndəsinə istinadən məlumat yayıb.

12.36

Şri-Lankada kilsə və otellərdə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 185-ə çatıb.

Bu barədə News 1ST məlumat yayıb.

Bildirilir ki, yaralıların sayı 500-ə yaxındır.

Şri-Lanka hökuməti baş verənlərlə bağlı təcili toplantı keçirib.

11.10

Şri-Lankada kilsə və otellərdə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 160-a çatıb.

Bu barədə News 1ST məlumat yayıb.

Bildirilir ki, yaralıların sayı 360-ı keçib.


10.34

Şri-Lankada kilsə və otellərdə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 52-yə çatıb.

Bu barədə Daily News məlumat yayıb.

10.08

Şri-Lankada kilsələrdə Pasxa bayramı qeyd edilərkən partlayışlar baş verib. 

Bu barədə AFP agentliyi məlumat yayıb. 

Bildirilir ki, partlayışlar nəticəsində 42 nəfər ölüb, 280 nəfər yaralanıb.

Qeyd olunur ki, səhər saatlarında altı partlayış olub. Onlardan üçü kilsələrdə katolik pasxasının qeyd edilməsi zamanı baş verib. Kilsələrdən biri paytaxt Kolomboda, digərləri şəhərdən kənarda yerləşir. Partlayışlar həmçinin üç oteldə baş verib. 

26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.