Su faunasının biomüxtəlifliyinin qorunması və balıq ehtiyatlarının çoxalması məqsədilə Banqladeşdə balıq ovuna 65 günlük ümummilli qadağa qoyulub.
BBC-nin məlumatına görə, iki aylıq məhdudiyyətə əməl olunmasına ölkənin sahil mühafizə xidməti nəzarət edəcək.
Qadağanın qüvvədə olduğu müddət (20 may – 23 iyul) balıqların çoxalma mövsümünə təsadüf edir.
Tətbiq olunan məhdudiyyət balıqçıları narazı salıb. Onların paytaxt Dəkkə və digər şəhərlərdə kütləvi etiraz aksiyaları planlaşdırdığı bildirilir.
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.
Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.