Dünya okeanı çirklənir: 12 milyon ton plastik ekosistemi dəyişir

Dünya okeanı çirklənir: 12 milyon ton plastik ekosistemi dəyişir
08 İyun 2019 12:19


Dünya okeanına hər il 12 milyon tona qədər plastik tullantı atılır. Plastik kütlə okeanın ekosistemini dəyişərək, qlobal iqlim dəyişikliyinə və atmosferdə karbon qazının yüksək konsentrasiyasına təsir göstərir.

Bu haqda TASS Ümumdünya Vəhşi Təbiət Fonduna (WWF) istinadən məlumat yayıb.

“Okeana atılan illik plastik kütlə 5 milyon tondan 12 milyon tona qədər olur. Orta rəqəm 9,5 milyon tondur”, - deyə fondun Rusiya bölməsindən bildiriblər.

Okeanda olan tullantıların üçdə bir hissəsini mikroplastik təşkil edir. Onlar küt hala gələrək, bir növ “zibil adaları” şəklini alır. Mikroplastik həm okean canlılarının orqanizminə, həm də onların qidasına daxil olur.

Həmçinin, son 50 il ərzində atmosferdə karbon qazının yüksək konsentrasiyası müşahidə olunur. Buna qlobal iqlim dəyişikliyi, meşələrin qırılması, neft və qaz materiallarının yandırılması səbəb olur. Havanın çirklənməsindən okean sakinləri də əziyyət çəkir, belə ki, bu, dolayısı yolla okeanın qida zəncirinə öz təsirini göstərir.

“İri yırtıcı balıqların populyasiyasının 90 faizi, o cümlədən, tuna, paltus, qılınc balığı daha əvvəlki sayını bərpa edə bilməyəcək. Mərcan riflərinin yarıya qədərinə iqlim dəyişikliyinə görə böyük ziyan dəyib, onlar artıq özünübərpa etmək potensialını itirib”, - deyə fonddan qeyd olunub.

26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.