Ceyhun Bayramovdan tədris ilinin iyunun 14-də bitməsi ilə bağlı narazılıqlara — MÜNASİBƏT

Ceyhun Bayramovdan tədris ilinin iyunun 14-də bitməsi ilə bağlı narazılıqlara — MÜNASİBƏT
14 İyun 2019 15:47

"Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2015-ci ildən etibarən tədris ili sentyabrın 15-i başlayır və iyun ayının 14-dək davam edir. Yeni hazırlanan dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üçün hesablanır. Bu illər ərzində tənzimlənməmiş dərsliklərlə bağlı Təhsil İnstitutu tərəfindən metodik tövsiyələr hazırlanaraq yerlərə göndərilib ki, mövcud dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üzrə təşkil oluna bilsin".

Realpress.az xəbər verir ki, bu sözləri  Təhsil naziri Ceyhun Bayramov tədris ilinin iyunun 14-də bitməsi ilə bağlı narazılıqlara münasibət bildirərkən deyib.
Nazir qeyd edib ki, dərs ilinin müddətinin dəyişdirilməsi məsələsində orta aylıq hava temperaturu ilə bağlı məlumatlar da nəzərə alınıb:

"Sentyabr ayının ilk iki həftəsi ilə iyun ayının ilk iki həftəsinin orta aylıq temperaturları arasında fərq yoxdur. Orta aylıq temperatur hesablanarkən son 10 ilin temperaturu nəzərə alınıb".


26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".

26 Apr 2024
Cəmiyyət

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO

Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər dənizinin ərazi sularında keçirilən “Dalğa-2024” birgə taktiki təlimi müvəffəqiyyətlə başa çatıb.

26 Apr 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.