Vətəndaşlar “Min bir gecə”dən şikayət etdi: giriş pulludur - Reyd başladı

Vətəndaşlar “Min bir gecə”dən şikayət etdi: giriş pulludur - Reyd başladı
23 İyul 2019 10:58


Vətəndaşlar tərəfindən bir sıra çimərliklərdən girişin pullu olması barədə yenidən şikayətlər daxil olub.

Bu barədə Realpress.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən verilən açıqlamada deyilib. 

Bildirilib ki, Bakının müxtəlif ərazilərindən çimərliklərdə qoyulan maneə ilə bağlı BŞİH-ə şikayətlər daxil olduqdan sonra qurumun Ticarət və Xidmət Departamenti reydlər aparıb: 

“Lakin hava şəraiti ilə əlaqədar reydlər dayandırılıb. Bir neçə gün əvvəl isə Şıx çimərliyindəki “Min bir gecə” obyektindən, Bilgəh və Türkan qəsəbəsindəki çimərlik ərazisində yerləşən obyektlərdən yenidən müraciətlər daxil olub ki, bu yerlərdə giriş pulludur. Məsələ ilə bağlı müvafiq tədbirlər hazırlanıb və reydlərin davam etdirilməsi qərara alınıb”.

Qeyd edək ki, bir müddət əvvəl çimərliklərdə giriş üçün pul tələb edildiyi ilə bağlı məlumat yayılıb. BŞİH-nin Ticarət və Xidmət Departamenti vətəndaşların çimərliklərə daxil olması üçün qoyulan maneələr – qapı, şlaqbaumlar çıxarılıb. 


26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".

26 Apr 2024
Cəmiyyət

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO

Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər dənizinin ərazi sularında keçirilən “Dalğa-2024” birgə taktiki təlimi müvəffəqiyyətlə başa çatıb.

26 Apr 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.