İzmirdə əməliyyat: 47 hərbçi saxlanıldı

İzmirdə əməliyyat: 47 hərbçi saxlanıldı
23 İyul 2019 13:23

Türkiyədə FETÖ (Fəthulllah Gülən hərəkatı) terror təşkilatı ilə mübarizə çərçivəsində İzmirdə əməliyyat keçirilib.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələrinin 47 hərbçisi saxlanılıb. Saxlanılanların ayrı-ayrı hərbi strukturların əməkdaşları olduğu bildirilir.

Məlumata görə, əməliyyat Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizə Xidmətində keçirilib. Daha öncə aparılan araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu üzə çıxıb.

Ümumiyyətlə, son aylar ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1000-dən çox hərbi qulluqçu xaric edilib.

Qeyd edək ki, Fətullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.



26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.