APOEL-də ciddi itki - "Qarabağ"la oyunu buraxacaq

APOEL-də ciddi itki - "Qarabağ"la oyunu buraxacaq
09 Avq 2019 15:30

APOEL Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"la cavab oyununa ciddi itki ilə çıxacaq.

Realpress.az qol.az-a istinadən xəbər verir ki, komandanın zədəli futbolçusu  Alef dos Santos Ağdam klubu ilə matçı buraxacaq. Yoxlama oyununda zədələnən braziliyalı yarımmüdafiəçinin 3 həftə meydana çıxa bilməyəcəyi qeyd olunub.

Digər zədəli Vuyadin Saviçin durumuna aydınlıq gəlməyib. Serbiyalı müdafiəçinin qarın nahiyəsində ağrılar var. Onun "Qarabağ"la görüşdə meydana çıxıb-çxmayacağı qarşıdakı günlərdə bilinəcək.

Xatırladaq ki, "Qarabağ" - APOEL görüşü avqustun 13-ü olacaq. Bu komandalar arasında Kiprdəki matçda Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.