“Apple” yeni “MacBook Pro”ların satışına başladı – VİDEO + FOTO

“Apple” yeni “MacBook Pro”ların satışına başladı – VİDEO + FOTO
28 Okt 2016 14:51

Şirkət yeni noutbuklarının təqdimantını həyata keçirib.

ABŞ-ın “Apple” korporasiyası dünən Kupertino şəhərindəki baş ofisində yeni “MacBook Pro” noutbukunu təqdim edib.

Realpress.Az Milli.Az-a istinadən xəbər verir ki, klaviaturanın yuxarı hissəsində əlavə ekranı olan yeni “MacBook Pro”da “Touch Bar” panelini bir sıra funksional klavişlər əvəzləyir. Bu klavişlərdə sistem barədə informasiya və ya müxtəlif proqramlar təmsil olunur.

Bundan başqa, panelin sağ hissəsində “Apple Pay” vasitəsilə alış-veriş etməyə imkan verən “TouchİD” barmaq izi skaneri var.

Retina displeyin parlaqlılığı 67% artırılıb. “MacBook Pro”nun daha güclü versiyası 4 nüvəli “Intel Core i7” prosessoru, 4 qiqabayt yaddaşlı “AMD Radeon Pro” diskret videokartı ilə təchiz olunub.
13 düymlü dispeyli versiyada “Intel Core i5” və i7 prosessorları, habelə “Intel Iris” qrafik çipi var. Noutbukda “USB Type-C” tipli 4 port və 3,5 millimetrlik qulaqcıq yeri var. Yeni “MacBook Pro” noutbuku 13 və 15 düymlük displeylərlə, boz “polad” və qara rəngdə istehsal ediləcək.

Noutbuklar əvvəlki versiyalarla müqayisədə xeyli yüngülləşib. Belə ki, 13 düymlük versiyanın qalınlığı 14,9 millimetr, çəkisi 1,3 kq; 15 düymlük versiyanın qalınlığı 15,5 millimetr, çəkisi 1,8 kiloqramdır.

Bundan başqa, “sadə” “MacBook Pro” da təqdim olunub. Bir sıra funksional klavişləri olan bu noutbuk 13 və 15 dyümlük displeyli variantlara malikdir. Yeni “MakBook Pro” noutbuklarının satışları dünən başlanıb.




18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.