Cənnətdən bir guşə: Laçının turizm imkanları ilə bağlı yeni layihəyə start verildi - VİDEO
Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın turizm məkanı kimi də böyük potensiala malikdir. Zəngin flora və faunası, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı və İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı ərazinin turizm imkanlarını genişləndirir. Səthin dağlıq olması gələcəkdə burada dağ və qış turizminin inkişafına təkan verəcək.