Dünyanın ən bahalı ofisləri olan şəhərlərin adları açıqlandı - FOTO

Dünyanın ən bahalı ofisləri olan şəhərlərin adları açıqlandı - FOTO
15 Dek 2021 10:33

 

Dünyanın ən bahalı ofisləri olan şəhərlər siyahısında kirayə qiymətlərinə görə, Honkonq və Nyu-York lider olub.

Bu barədə daşınmaz əmlak sahəsində maliyyə və hərtərəfli peşəkar xidmətlər göstərən “Jones Lang LaSalle” şirkətinin dünyada ən bahalı ofis sahəsi olan şəhərlər barədə hesabatından bəlli olur.

Məlumata görə, ən bahalı ofislər reytinqində ənənəvi lider Honkonq 2021-ci ildə öz yerini Nyu-Yorkda Midtaunla bölüşüb. Buna yüksək tələbat və kirayə qiymətlərinin artması səbəb olub. Bu şəhərlərdə icarəyə götürülmüş ofis sahəsinin hər kvadratmetri ildə 2900 dollara (4,9 min manat) başa gəlir.

İlk üçlüyə, həmçinin Pekində maliyyə küçəsi (2,2 min dollar/ 3,7 min manat ) və Londonda Vest-End də (2,1 dollar/3,6 min manat) daxildir.

 

Tədqiqatda həmçinin qeyd edilir ki, iri kirayəçilərin əksəriyyəti şəhər mərkəzlərində ofis icarəyə götürmək istəyirlər, bu da şəhərin mərkəzi ilə şəhərin digər hissələri arasında icarə fərqini genişləndirir.

Pandemiya zamanı gələcəyi sual altında olan biznes rayonları iş və ofis sahəsinə yeni yanaşma ilə hazırda yenidən diqqət mərkəzinə düşüb.

Mənbə: Lenta.ru


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.