REALPRESS.AZ TREND.AZ -a istinadən xəbər verir ki,
SOCAR-ın “Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir.
Trend-i SOCAR-a istinadən verdiyi məlumata görə, təhlükəsiz əmək şəraitinin, eləcə də texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 600 saylı stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilib. Təmir işləri “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında həyata keçirilib. Özülün 1778 kvadratmetrlik hissəsi əsaslı təmir edilib, 40 ədəd möhkəmləndirici svay vurulub, 11 ədəd metal lövhə, 86 ədəd suüstü əlaqə xətti quraşdırılıb, 6 ədəd minik yanalma meydançası hazırlanıb.
Qeyd edək ki, meydançada aparılmış təmir işlərindən sonra Dövlət qəbul komissiyası tərəfindən obyektlərin tikinti norma və qaydalarına uyğunluğu yoxlanılmış və istismara qəbul edilib.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.