“Facebook” sosial şəbəkəsi növbəti yeniliklərə hazırlaşır.
REALPRESS.Az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə şirkətin təsisçisi Mark Zukerberq bildirib.
Zukerberqin sözlərinə görə, tezliklə “Facebook”da saxta hesab açmaq mümkün olmayacaq. Bu günədək saxta profil açanların səhifələri də bağlanacaq. O, hazırda bunun üçün ciddi işlərin getdiyini bildirib.
Qeyd edək ki, 2004-cü il fevralın 4-də yaradılan “Facebook” sosial şəbəkəsinin orta aylıq auditoriyası 1,7 milyard istifadəçi təşkil edir.
Smartfonun köməyi ilə uzaqdan, distant şəkildə kompyuteri açmaq və söndürmək mümkündür. Bunun müxtəlif yolları var.
“WhatsApp” istifadəçilərinə naməlum nömrələrdən tətbiqin bloklanmasına səbəb olan ismarıclar gəlməyə başlayıb.