“Tour d`Azerbaidjan-2017”-nin keçirilmə vaxtı müəyyənləşdi

“Tour d`Azerbaidjan-2017”-nin keçirilmə vaxtı müəyyənləşdi
28 Okt 2016 16:12

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il 3-7 may tarixlərində keçiriləcək. Artıq bu yarış UCİ-in 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim plana daxil edilib.

Realpress.Az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, veloturun məhz bu tarixlərdə keçirilməsi mayın 12-22-də Azərbaycanın qəbul edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunları ərəfəsində dünya idman ictimaiyyətinin diqqətini bir daha ölkəmizə yönəltmək üçün gözəl imkandır.

Xatırladaq ki, Bakı-2015 İlk Avropa Oyunları öncəsi təşkil olunan “Tour d`Azerbaidjan” veloyürüşünün marşrutu da məhz Oyunların keçirildiyi idman qurğularını təbliği baxımından mühüm əhəmiyyət kəsb edirdi.

UCİ-in təqvim planında nüfuzuna görə dünya çempionatı və Dünya Kubokundan sonra gələn, növbəti il oktyabrın 1-də Azərbaycanda keçiriləcək dağ velosipedi üzrə HC (High-Class) kateqoriyalı “Champion-Race Azerbaijan” beynəlxalq yarışı da yer alıb.


20 İyul 2024
İdman

Azərbaycan 2024-cü il Paralimpiya Oyunlarına daha üç lisenziya qazanıb

Daha üç azərbaycanlı idmançı 2024-cü ildə Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

15 İyul 2024
İdman

Azərbaycan gimnastları Portuqaliyada səkkiz medal qazanıblar

Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə "Scalabis Cup" adlı beynəlxalq yarışda 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

12 İyul 2024
İdman

Yığmamız Portuqaliyaya qarşı

Bu gün 20 yaşadək basketbolçu oğlanlar arasında Avropa çempionatının B divizionunda mübarizəyə start veriləcək.

11 İyul 2024
İdman

Azərbaycan millisi qrupdakı son matçında da qələbə qazanıb

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda qrupdakı son matçını keçirib.

11 İyul 2024
İdman

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında mübarizə aparacaq

Azərbaycanın yeniyetmə stolüstü tennisçilərdən ibarət millisi növbəti Avropa çempionatında mübarizə aparacaq.