“WhatsApp” istifadəçilərinin nəzərinə

“WhatsApp” istifadəçilərinin nəzərinə
26 Noy 2016 12:13

Hakerlər “Emirates” şirkətinin reyslərinə pulsuz biletlər söz verərək fərdi informasiyanı toplayırlar.

İstifadəçiyə “Emirates” şirkəti ilə uçuşlar təcrübəsi haqda bir neçə suala cavab vermək və anketi 10 “WhatsApp” istifadəçisi ilə bölüşmək təklif edilir.

REALPRESS.Az ICTnews-a istinadən bildirir ki, şərtləri yerinə yetirdikdə “uduş”a görə təbrik edilir və “mükafat”ın rəsmiləşdirilməsi üçün aviaşirkətin saytına keçmək təklif olunur.

Reallıqda isə istinad kənar saytadır və istifadəçi “təşkilatçılarla əlaqə yaratmaq üçün” mobil telefonunun nömrəsini qeyd etməlidir. Nömrə bahalı SMS xidmətlərə abunə üçün istifadə ediləcək.

Ekspertlər ingilis, alman, ispan və portuqal dillərində spam göndərmələr və müvafiq saytlar aşkar ediblər.

İstifadəçilərə “WhatsApp” messencerində spama məhəl qoymamaq, belə “aksiyalarda” iştirak etməmək və şübhəli saytlarda fərdi informasiyanı daxil etməmək tövsiyə edilir.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.