"Azəriqaz": Bu itkilər abonentlərə daha keyfiyyətli xidmət göstərilməsini mümkünsüz edirdi

"Azəriqaz": Bu itkilər abonentlərə daha keyfiyyətli xidmət göstərilməsini mümkünsüz edirdi
29 Noy 2016 14:37

REALPRESS TREND.AZ -a istinadən xəbər verir ki "Son illərdə aparılan qazlaşdırma işləri nəticəsində Azərbaycanda təbii qaz abonentlərinin sayı üç dəfəyə yaxın artaraq təqribən iki milyon nəfərə çatıb. 2016-ci ilə qədər qüvvədə olan tariflərə əsasən, ölkə daxilində təbii qazdan əldə edilən mənfəət ən aşağı səviyyədə müəyyən edilib".

Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azəriqaz" İstehsalat Birliyindən (İB) bildirilib.

Qurumdan qeyd ediblər ki, 2016-ci il ərzində “Azəriqaz” İB ciddi itkilərə məruz qalıb, istehsalat və paylayıcı şəbəkə üzrə xərclərin artması nəticəsində maliyyə çatışmazlıqları ilə üzləşib:

"Bu vəziyyətin əsas səbəblərindən biri də budur ki, ölkədə satılan təbii qazın müəyyən hissəsi hasilatın pay bölgüsü sazişlərinə əsasən əməliyyat şirkətlərindən ABŞ dolları ilə satın alınır və sabit tarif əsasında Azərbaycan manatı ifadəsi ilə istehlakçılara satılırdı. Bu itkilər abonentlərə daha keyfiyyətli xidmətlərin təklif olunması üçün planlaşdırılan yenidənqurma, təmir-bərpa və s. kimi işlərin davamlılığını və bütövlüklə “Azəriqaz” İB-nin davamlı fəaliyyətini mümkünsüz edirdi. Bu səbəbdən Tarif (qiymət) Şurasının təbii qaz tariflərinə yenidən baxılmasına zərurət yaranıb".

İB Tarif Şurasının qərarı ilə bu dəfə diferensial (şaxələndirilmiş) tarif mexanizminin tətbiq edilməsi və bunun nəticəsində məhz əhali üçün daha münasib tarifin tətbiq edilməsini özü-özlüyündə təqdirəlayiq hesab edir:

"Hazırkı tarif mexanizmi aztəminatlı ailələr və əhalinin əksəriyyəti üçün əvvəlki tarifin dəyişməzliyini təmin edir. Ümid edirik ki, diferensial mexanizm bununla yanaşı daha qənaətli istehlak rejiminə sövq etməklə, istehlak mədəniyyətində səmərəlilik və təhlükəsizliyin artmasına, habelə ətraf mühitimizin qorunmasına töhfə verəcək".


15 May 2025
Cəmiyyət

İşğaldan azad olunan ərazilərə köçürülən 4 300 şəxs məşğulluqla təmin edilib

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən artıq 4300 şəxsin məşğulluğu təmin edilib.

15 May 2025
Cəmiyyət

Azərbaycan Ordusunda komanda-qərargah məşqi keçirilir

2025-ci ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir.

15 May 2025
Cəmiyyət

Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub

Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub.

15 May 2025
Cəmiyyət

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 10 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 179 min 500 sərnişin daşınıb.

15 May 2025
Cəmiyyət

Ceyranbatan-Pirallahı magistral su kəmərinin tikintisi 50 % tamamlanıb

Ceyranbatan-Abşeron-Balaxanı-Ramanı-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi layihəsi çərçivəsində işlərin artıq 50 %-i icra olunub.