Azərbaycanda ilk dəfə keçirilən milli top-model müsabiqəsi olan "Miss Top Model Azerbaijan"ın ilk kastinqi 4 dekabr saat 12:00-da "Switch Venezia" klubunda keçiriləcək.
REALPRESS-in məlumatına görə, "Miss Top Model Azerbaijan"ın digər müsabiqələrdən fərqliliyi ondan ibarətdir ki, bu müsabiqəyə model biznesinə yeni qoşulmaq istəyənlərlə yanaşı, Azərbaycanda və xaricdə kifayət qədər tanınmış yerli modellər də qatıla bilərlər.
Müsabiqənin iştirakçıları qiymətli hədiyyələrlə yanaşı, ölkəmizin şou-biznesinə və dəb industriyasına qatılmaq şansı əldə edəcəklər. "Miss Top Model Azerbaijan" adını qazanan iştirakçı ölkəmizi beynəlxalq "Miss Top Model of the World" müsabiqəsində təmsil etmək hüququnu qazanacaq.
"Miss Top Model Azerbaijan"da iştirak etmək üçün ərizə qəbulu müsabiqənin rəsmi saytında olan anketi doldurmaqla həyata keçirilir (http://www.misstopmodel.az/form). Ərizə qəbulu dekabr ayının 2-də bitəcək.
İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
Vətən müharibəsi Şəhidi Kəmaləddin Məmmədzadənin xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Mədəniyyət Nazirliyi hər kəsi Ağdam İşğal və Zəfər muzeylərinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırıb.