300-dən çox işaxtaran və işsiz şəxsin biznes-planı müsbət qiymətləndirilib

300-dən çox işaxtaran və işsiz şəxsin biznes-planı müsbət qiymətləndirilib
29 Noy 2016 16:25

REALPRESS.AZ TREND.AZ -a istinadən xəbər verir ki,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) özünüməşğulluq proqramı üzrə təlim kurslarını bitirmiş işaxtaran və işsiz vətəndaşların biznes-planlarının növbəti qiymətləndirilməsini həyata keçirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iki gün davam edən qiymətləndirməyə 8 rayon və şəhər (Saatlı, Göyçay, Kürdəmir, Lerik, Astara, Masallı, Yardımlı, Mingəçevir) üzrə təlim kurslarını yekunlaşdırmış 141 nəfər tərəfindən biznes-planlar təqdim olunub.

Biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında, obyekiv və şəffaf şəraitdə aparılan qiymətləndirmə nəticəsində həmin şəxslərdən 118 nəfərinin biznes-planları müsbət dəyərləndirilib. Biznes-planlar əsasən kənd təsərrüfatı, xidmət, istehsal və ticarət sahələrinə aid olub.

Özünüməşğulluq proqramı üzrə təlim kurslarını bitirmiş vətəndaşların özünüməşğulluq fəaliyyəti üzrə biznes-planlarının qiymətləndirilməsi prosesinə bu ayın əvvəllərində başlanılıb. Kursları yekunlaşdırmış 532 nəfərdən bu günədək artıq 441 nəfəri biznes-planların müdafiəsi prosesində iştirak edib. Onlardan 24 rayon üzrə 362 nəfərinin biznes-planları uğurlu hesab edilib. (Keçirilmiş qiymətləndirmələrin nəticələri bu sahədə şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (www.mlspp.gov.az) “Aktiv əmək bazarı proqramları” adlı bölmədə yerləşdirilib). Uğurlu hesab edilən biznes-planlarla bağlı aidiyyəti işaxtaran və işsiz vətəndaşların ailə təsərrüfatlarının formalaşdırılması üçün onların mal və materiallar formasında dəstəklənməsi işləri aparılacaq.

Təlim kurslarını bitirmiş digər şəxslərin də özünüməşğulluq fəaliyyəti üzrə biznes-planlarının qiymətləndirilməsi müvafiq qrafik əsasında qarşıdakı dövrdə həyata keçiriləcək. Xatırladaq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına 1500 nəfər işaxtaran və işsiz vətəndaşın cəlb edilməsi, onların ailə bizneslərinin yaradılması nəzərdə tutulur.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.