30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür

30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür
30 Noy 2016 16:18

REALPRESS.AZ İCTNEWS.AZ -a istinadən xəbər verir ki,

Hər il 30 noyabr tarixində Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü qeyd edilir. 1988-ci ilin məhz bu günündə ilk kütləvi kiberhücum həyata keçirilib. ABŞ-ın Kornell Universitetinin aspirantı Robert Morris tərəfindən yaradılmış tarixdə ilk şəbəkə soxulcanlarından biri ABŞ-da “ARPANET”-in (müasir internetin prototipi) 6 min qovşağın işini iflic etmişdi.


“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, bundan sonra zərərverici proqram "Morris soxulcanı" adı ilə tarixə düşüb, internet istifadəçiləri isə ilk dəfə kompüterlərində saxlanılan məlumatların təhlükəsizliyi barədə düşünməyə başlayıblar. Hesablama Texnikası Assosiasiyası kibertəhlükəsizlik məsələlərinə diqqət cəlb etmək məqsədi ilə Beynəlxalq İnformasiya Təhlükəsizliyi gününü təsis edib.

Bu günü fərdi məlumatların müdafiəsinin gücləndirilməsinə vaxt ayırmaqla qeyd etmək lazımdır. Müxtəlif xidmətlərdə avtorizasiya üçün müxtəlif qeydiyyat məlumatlarından istifadə olunmasına, parolların etibarlılığına (təəssüf ki “12345678” əvvəlki tək dünyada ən populyar parollardan biridir) əmin olmaq lazımdır. Həmçinin kompüterə qurulmuş antivirus proqramlarının bazasını yeniləmək, sənəd və şəkillərin ehtiyat surətlərini çıxarmaq tövsiyə edilir.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.