AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiya nəticəsi şübhə doğuran oyunlarla əlaqədar araşdırmalarını davam etdirir. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, komissiyanın qərarına əsasən Birinci Divizion komandaları arasında bu gün keçiriləcək oyunlara nəzarəti daha da gücləndirmək məqsədilə hakimlər komandalara bu barədə də ciddi tapşırıqlar verəcək.
Belə ki, oyundan əvvəl hakimlər məşqçilər və futbolçularla görüşərək komissiyanın tapşırıqlarını onların nəzərinə çatdıracaq.
Komissiya tərəfindən bu istiqamətdə aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.
Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının təsnifat mərhələsində ilk rəsmi matçını keçirəcək.
Uruqvay, Argentina, Çili və Paraqvay 2030-cu il dünya çempionatına birgə namizədliyini irəli sürüb.
Fransanın “Paris Sen-Jermen” klubunun və Niderland millisinin yarımmüdafiəçisi Corcinyo Veynaldum karyerasını İtaliyanın “Roma” futbol klubunda davam etdirəcək.