Aleksandr Lukaşenko Heydər Əliyev Mərkəzində olub (FOTO)

Aleksandr Lukaşenko Heydər Əliyev Mərkəzində olub (FOTO)
29 Noy 2016 15:41

REALPRESS.AZ TREND.AZ -a istinadən xəbər verir ki, 

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Heydər Əliyev Mərkəzində olub.

Trend-in məlumatına görə, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Prezident A.Lukaşenkoya Mərkəzin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və tədqiqi, eyni zamanda, ölkəmizin tarixi və mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyət göstərir. Bu baxımdan, Mərkəzin həyata keçirdiyi layihələr, burada təşkil edilən mühüm beynəlxalq tədbirlər barədə məlumat verilib.

Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olan A.Lukaşenkoya məlumat verilib ki, Muzey təşkil olunarkən Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Muzey, həmçinin Azərbaycan tarixinin öyrənilməsinə böyük imkanlar yaradır. Bu baxımdan, interaktiv formada təqdim edilən eksponatlar, müxtəlif videomateriallar xüsusi əhəmiyyətə malikdir.

Belarus Prezidenti Muzeyin ayrı-ayrı bölmələri, eləcə də 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə, Heydər Əliyevin digər dövlət başçıları, o cümlədən A.Lukaşenko ilə keçirdiyi görüşlərə dair materialların yer aldığı “Beynəlxalq əlaqələr” bölməsinə baxıb.

Mərkəzdə “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ilə tanışlıq zamanı bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin çoxəsrlik tarixi, mədəni irsinə dair eksponatlar nümayiş olunur. Belarus Prezidenti “Mini Azərbaycan” sərgisi ilə tanış olarkən qeyd edilib ki, bu ekspozisiyada Bakıdakı və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş olunur. Sərgi Azərbaycanla virtual tanışlıq imkanı yaradır.

Sonra Belarus dövlətinin başçısı Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi” ilə tanış olub. Diqqətə çatdırılıb ki, sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.

Belarus Prezidentinə, həmçinin Mərkəzin binası barədə məlumat verilib. Qeyd olunub ki, dünya şöhrətli memar Zahi Hadidin layihəsi əsasında inşa edilmiş Mərkəz dünya memarlıq inciləri siyahısına daxil edilib. Burada rəsmi qəbullar, beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün geniş imkanlar var.

Daha sonra Belarus Prezidenti A.Lukaşenko Heydər Əliyev Mərkəzinin xatirə kitabında ürək sözlərini yazıb.

Sonda dövlət başçısına xatirə hədiyyəsi təqdim edilib.


30 Mar 2023
Siyasət

Kamaləddin Qafarov: “31 Mart soyqırımı insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdəndir”

"Təxminən iki yüz il bundan əvvəl Rusiya imperiyasının maraqlarına uyğun olaraq Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər ötən iki əsr ərzində yerli sakinlərə - azərbaycanlılara qarşı olmazın cinayətlər törətmiş, kütləvi deportasiyalar, qətliamlar həyata keçirmişlər. 

30 Mar 2023
Siyasət

Aprelin 2-də 27 mindən çox abituriyent imtahana verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də növbəti imtahanları keçirəcək.

30 Mar 2023
Siyasət

Əminə Ərdoğan zəlzələ ilə əlaqədar Azərbaycanın dəstəyini yüksək qiymətləndirib

Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirib, göstərilən yardımlara görə təşəkkürünü ifadə edib.

30 Mar 2023
Siyasət

Ermənistan 704 yaşayış məntəqəmizin adını dəyişib - VİDEO

“Toponimlərimizin dəyişdirilməsi ötən əsrin 35-38-ci illərindən başlayıb”.

30 Mar 2023
Siyasət

Ərdoğan: “TANAP-dan Macarıstana təbii qazın çatdırılması üçün Azərbaycanla hər cür dəstəyi göstərməyə hazırıq”

“Biz TANAP-dan Macarıstana təbii qazın çatdırılması üçün Azərbaycanla hər cür dəstəyi göstərməyə hazırıq”.