Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın altıncı iclası təxirə salınıb.
Bunu bu gün REALPRESS-ə Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov deyib.
İclasın yanvar ayında keçiriləcəyi planlaşdırılır. Dəqiq tarix sonra məlum olacaq.
Hökumətlərarası komissiyanın iclasının noyabrın 28-29-u keçiriləcəyi planlaşdırılırdı. İclasın gündəliyində iki ölkə arasında qarşılıqlı investisiya, nəqliyyat, informasiya-kommunikasiya, turizm və və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirəsi yer alıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şəki şəhərində ümumi sahəsi 36,1 km olan mərkəzi küçələrin təmirinə start verib.
Ukraynanın Baş naziri Denis Şmıqal ölkəsinin Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş naziri tərəfindən ona ünvanlanan təbrik məktubuna görə Əli Əsədova təşəkkür edib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Bakı və Gəncə şəhərlərindən, Beyləqan, Cəbrayıl, Füzuli, Masallı, Göygöl, Goranboy, Samux, Ucar, Tərtər və digər rayonlardan olan vətəndaşları qəbul edib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı müzakirə edib.