Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş konsert keçirilib

Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş konsert keçirilib
26 Noy 2016 15:16

Sumı şəhərində Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş konsert keçirilib.

REALPRESS-in məlumatına görə, Azərbaycanla Ukraynanın dövlət himnlərinin sədaları altında başlayan dostluq gecəsində Ukraynanın tanınmış mədəniyyət və incəsənət xadimləri, Ali Radanın deputatları, Sumı vilayətinin rəsmi nümayəndələri, media təmsilçiləri, Azərbaycan səfirliyinin diplomatları və diasporumuzun fəalları iştirak ediblər.

Tədbirdə Azərbaycanla Ukrayna arasında bir çox sahələrlə yanaşı, diplomatik əlaqələrin 25 illik uğurlarından söz açan Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov ikitərəflı strafeji münasibətlərin möhkəm əsaslar üzərində qurulmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli siyasi, iqtisadi, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını nəzərə çatdıran fəxri konsul dost və qardaş xalqlarımıza sülh və əmin-amanlıq, müstəqil dövlətlərimizə xoş və firavan gələcək arzulayıb.

Dostluq gecəsində çıxış edən Sumı Vilayətinin qubernatoru Nikolay Kloçko son illər Azərbaycanın Xarkov şəhərindəki fəxri konsuluğunun təşəbbüsü ilə ölkələrimiz arasında siyasi, iqtisadi, elmi, mədəni əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. O, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Ə.Salmanovu Ukrayna Prezidenti Petro Poroşenkonun sərəncamına əsasən 3-cü dərəcəli "Dövlətə xidmət" ordeni ilə təltif olunması münasibətilə təbrik edərək, bununla bağlı çıxarılmış qərarı fəxri konsula təqdim edib.

Tədbirdə ölkələrimiz arasındakı siyasi-iqtisadi əlaqələrin inkişaf dinamikasından söz açan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev beynəlxalq arenada hər iki dövlətin eyni mövqedən çıxış etmələrini müstəqillik tariximizin uğuru kimi dəyərləndirib. Son illər Azərbaycanın inkişaf edərək bölgədə lider, beynəlxalq arenada böyük nüfuz sahibinə çevrildiyini qeyd edən diplomat tarixin bütün dönəmlərində Azərbaycanla Ukraynanın bir-birilərinə maddi və mənəvi dəstək verdiyini bildirib.

Tədbirdə Milli məclisin sabiq deputatı Elton Məmmədov, Ukrayna parlamentinin deputatı Oleq Medunitsa və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxış edərək, ikitərəfli dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıblar.

Sonra söz musiqiyə verilib. Gecədə Ukraynanın xalq artistlərii Qurban Abbasov, Pavel Zibrov, tanınmış səhnə ulduzlarından Vasili Bondarçuk, Anna Mariya bacıları və digər incəsənət ustalarının şən və həzin mahnıları, peşəkar rəqs ansambllarının rəngarəng çıxışları böyük alqışlarla qarşılanıb.


15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.

14 İyun 2022
Mədəniyyət

Qətərlə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

İyunun 13-də mədəniyyət naziri Anar Kərimov Qətər Dövlətinin Azərbaycandakı səfiri Faisal bin Abdullah Al-Hanzab və ölkəmizin Qətərdəki səfiri Rəşad İsmayılov ilə görüşüb.