Azərbaycan və Türkiyə bu sahədə də razılaşdılar...

Azərbaycan və Türkiyə bu sahədə də razılaşdılar...
29 Noy 2016 16:55

REALPRESS.AZ TREND.AZ -a istinadən xəbər verir ki,

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi ilə anlaşma memorandumu imzalayıb.

Trend-in məlumatına görə, Bakıda keçirilən "Bakutel-2016" XXII beynəlxalq sərgisi çərçivsibdə imzalanan memoranduma əsasən tərəflər poçt rabitəsi sahəsində əməkdaşlıq barədə razılıq əldə ediblər.

qeyd edək ki, bu gün Bakıda 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları “Bakutel 2016” sərgi və konfransı öz işinə başlayıb. Regionun ən böyük tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır. İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib.

Dekabrın 2-dək davam edəcək sərgi və konfransın təşkilatçıları “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləridir.

Bu ilki sərgidə Azərbaycan, ABŞ, Almaniya, Türkiyə və digər ölkələri təmsil edən 200-dən artıq şirkəti iştirak edir. İştirakçıların 40%-i “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alır. Ənənəvi olaraq, sərgidə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur.

Sərgi çərçivəsində “Gözdən əlil uşaqlar üçün səsli kitabxana”, “Muzeylərin rəqəmsamlaşdırlması” layihələrinin təqdimatı baş tutacaq. Eyni zamanda, sərgi çoxsaylı konfrans və forumlarla müşayət olunacaq.

Tədbirin informasiya dəstəyi Trend.az, Day.az, Milli.az, Azernews.az saytları tərəfindən həyata keçirilir


17 Sent 2019
İqtisadiyyat

Azərbaycanda 1496 ədəd yeni minik avtomobili istehsal olunub

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 milyon manatlıq məhsul istehsal edilib.

17 Sent 2019
İqtisadiyyat

Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı: "Çörək pulu" adı ilə bu variantlara əl atırlar"

"Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına hər sərnişinə görə bir manat müqabilində (toplam dörd sərnişin) qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır".

17 Sent 2019
İqtisadiyyat

Bu günə olan VALYUTA MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı 17 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

16 Sent 2019
İqtisadiyyat

Arterial təzyiqin düzgün ölçülmə QAYDASI

Arterial təzyiqi ölçən tonometr aparatı hipertoniyanın aşkar edilməsinə kömək edir. Həmin aparatdan düzgün istifadə etməyin qaydası var.