Azərbaycanda qeydiyyatda olan hemofiliyalı xəstələrin sayı açıqlanıb

Azərbaycanda qeydiyyatda olan hemofiliyalı xəstələrin sayı açıqlanıb
21 Noy 2016 10:55

“Hazırda Səhiyyə Nazirliyi Elmi - Praktik Hemofiliya Mərkəzində 1542 xəstə dispanser qeydiyyatdadır”. 

Realpress.az-ın APA-ya istinadən xəbərinə görə, Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova bildirib ki, onlara lazımi tibbi yardımlar göstərilir.

Onun sözlərinə görə, hemofiliyalı xəstələrin sayı 2012-ci ildə 916, 2007-ci ildə 1140 nəfər olub:

“Hemofiliyalı xəstələrin 112-si 1-5 yaş, 207 nəfəri isə 5-15 yaş arasındadır. Bu da o deməkdir ki, hemofiliyalı xəstələrin beşdə biri uşaqdır. Bundan əlavə, xəstələrin 1103-ü Hemofiliya A, 132 nəfəri Hemofiliya B formasından əziyyət çəkir”.

E. Qədimova qeyd edib ki, ötən illər ərzində Azərbaycanda hemofiliyalı xəstələri müalicə forması dəyişib:

“2008-ci ildə hemofiliyalı xəstələrin 577 nəfəri stasionar, 980 nəfəri ambulator müalicəyə cəlb olunmuşdusa, 2016-cı ildə 108 nəfər stasionar, 2429 nəfər ambulator müalicə alır. Hər il hemofiliyalı xəstələr üzərində müxtəlif kiçik və böyük əməliyyatlar aparılır. 2012-ci ildə hemofiliyalı xəstələrin 31-də, 2016-cı ildə isə 23 nəfərdə böyük əməliyyatlar olub. Hemofiliyalı xəstələr üzərində nadir əməliyyatlar da həyata keçirilib. Xəstələrdən birinin stomatoloji əməliyyatla 8 dişi əkilib. Milli Onkologiya Mərkəzində ağır xəstəmizin sağ ayaq darağında sümük implantasiyası əməliyyatı icra olunub”.


8 Apr 2021
Səhiyyə - Sağlamlıq

Qurmanların dadlı yeməyi - əsl xəzinədır

Yaz - hər bir insanın həyatında xüsusi bir dövrdür - orqanizmin özünü aktiv şəkildə yenilədiyi və bərpa etdiyi dövr.

7 Apr 2021
Səhiyyə - Sağlamlıq

400 nəfərədək əhali səyyar formada tibbi müayinə ediləcək - FOTO

Daşkəsən rayonunun Quşçu kəndində səyyar müayinə aksiyasına start verilib.

7 Apr 2021
Səhiyyə - Sağlamlıq

Səhiyyə Nazirliyinin səlahiyyətləri TƏBİB-ə verilir

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) yeni səlahiyyətlər verilir.  

7 Apr 2021
Səhiyyə - Sağlamlıq

Sistitin yaranma səbəbi nə ola bilər, bundan necə qorunmaq olar?

Sidiyə getmə zamanı yaranan problemlər insanda böyük psixoloji diskomfort yaradır. Belə hallar ağir sayılmır, amma yumşaq desək xoşagəlməzdir. Tez-tez və çətin sidiyə getmə, sidik kisəsinin tam boşalmaması hissi, sidiyi saxlaya bilməmək – bu həmişə yaşlılara aid bir hal deyil, həm qadınların həm də kişilərın həyatının müxtəlif dövrlərində yarana bilər. Bu problemdən heç kim sığortalanmayıb. Bu əlamətlər sistit zamanı yaranır.

2 Apr 2021
Səhiyyə - Sağlamlıq

Sağlam bir həyat üçün bədəninizi vitaminsiz qoymayın!

Biz sağlamlığımızı nədən itiririk? Pis ekoloji durum, bakteriya və virus infeksiyalarının artması, təmiz havada az olmaq, fiziki aktivliyin azalması, passiv həyat tərzi, oturaq iş rejimi, günəş və təbii su vannalarından az qəbul edilməsi, keyfiyyəti qənaətbəxş olmayan ərzaqlardan istifadə, həddən çox yemək, balanslaşdırılmamış və rejimsiz qida qəbulu, xüsusilə gecə saatlarında, zərərli vərdişlər (alkoqol, siqaret və s.), nəzarətsiz antibiotik qəbulu, stress, yorğunluq, psixi və emosional gərginlik və s. immuniteti azaldan səbəblərdir.