REALPRESS.AZ TREND.AZ -a istinadən xəbər verir ki,
Son zamanlar təcili tibbi yardımın göstərilməsi üçün vertolyotlardan istifadə halları azalıb.
Bunu Trend-ə Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SN TTTYS) baş həkimi Mirələm Cavadov deyib.
Vertolyotlardan istifadə hallarının azalmasının səbəbini onlara artıq ehtiyacın duyulmaması ilə izah edən baş həkim qeyd edib ki, yerlərdə SN TTTYS nəzdində yüksək səviyyəli 12 regional məntəqə və “113” dispetçer mərkəzi yaradılıb.
Mərkəzlərin hər birinin yüksək səviyyəli həkimlərlə təmin edildiyini deyən M.Cavadov əlavə edib ki, hazırda 2 ədəd son model vertolyotları var. Həmin vertalyotlar bütün lazımi və müasir cihazlarla təmin olunub: “Bu vertolyotları bizə “Silkway” şirkəti verir. Ehtiyac olduqda biz onlara həmin vertolyotlardan istifadə üçün müraciət edirik. Həmin vertolyotlar ən az qəza törətmiş vertolyotlardır və onların bütün imkanları var. Bu vertolyotlara hətta “uçan reanimasiya şöbəsi” də demək olar. Ehtiyac olanda, yəni əraziyə maşın və digər vasitələrlə getmək mümkün olmadıqda biz bu vertolyotlardan istifadə edirik”.
Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Azərbaycan ərazisində yanvarın 25-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,76 ABŞ dolları, yaxud 0,92% azalaraq, 81,23 ABŞ dolları olub.